14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda bank kartlarının sayı 11.5 milyonu ötdü

Azərbaycanın bank sistemi üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 11 milyon 528 min ədəd təşkil edib.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.3% artmışdır.

Ödəniş kartlarında artım debet kartları üzrə 19.1%, kredit kartları üzrə 29.4% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 47 min, kredit kartları 329 min, digər kartlar isə 1.5 mln. ədəd artmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artmışdır. 2022-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 379 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 016 mln. manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 361 mln. manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilib. Fevral ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 37.7%-ni təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 6.7%, POS-terminalların sayı 9.4% artıb.

Son xəbərlər
Digər xəbərlər