Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 38 mini ötüb

Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 38 035 borcalana 2 093 609 804 manat məbləğində kredit verilib.

Bu barədə Fonddan bildirilib.

Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində isə 1 442 vətəndaş mənzil şəraitini yaxşılaşdırmağa nail olub.

Fond tərəfindən biznes layihələri üzrə zəmanət və subsidiya verilmiş kreditlərin məbləği 289 103 000 manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər