Bu ilin yanvar ayında Rusiya iqtisadiyyatının artımı illik ifadədə 6,6% təşkil edib.
Bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin açıqlamasında deyilir.
Qeyd olunur ki, Rusiya Federasiyasının 2022-2024-cü illər üçün sosial-iqtisadi inkişafı proqnozuna görə, 2022-ci ildə Rusiya ÜDM-nin artımı 3% olmalıdır. Müvafiq proqnoz ötən ilin sentyabrında nazirlik tərəfindən dərc edilib və həmin andan etibarən yenilənməyib.