“Moody’s Investors Service” (“Moody’s”) beynəlxalq reytinq şirkəti Ermənistanın yerli və xarici valyutada emitentin uzunmüddətli defolt və xarici valyutada, eləcə üstün hüquqa malik təminatsız reytinqlərini “Ba3” səviyyəsində təsdiqləsə də, reytinqlər üzrə proqnozu “stabil”dən “mənfi”yə endirib.
Mənfi proqnoza səbəb olan amillər arasında Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığını nəzərə alaraq, Rusiya iqtisadiyyatı üçün perspektivlərin kəskin zəifləməsinin təsiri nəticəsində Ermənistanın yaxın və uzunmüddətli inkişaf perspektivinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə bağlı artan risklər göstərilir.
Bundan əlavə, “Moody’s” qeyd edir ki, zəif iqtisadi artımın ölkənin fiskal profilinə mənfi təsir göstərəcəyi və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda geosiyasi risklərin artımı gözlənilir.