16 C
Baku
Thursday, May 2, 2024

🔴CANLI: Rusiya-Ukrayna müharibəsinin 31-ci günü

20:15 -Ukrayna silahlı qüvvələri Trostyanes şəhərini azad edib

16:23 – ABŞ Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən ölkələri cəzalandıracaq.

Bura Hindistan, Çin, BƏƏ, S.Ərəbistanı və Ermənistan aiddir

13:29 -Rusiyalı oliqarx, 11.4 milyard dollar sərvətə sahib Mixail Proxorov İsrailə köçüb. Onun İsrail vətəndaşlığı alması gözlənilir.
12:00 – Rusiya Ukraynanın mühasirədə olan şəhərlərini açıqladı

Rusiya Baş Qərargah rəisinin müavini general Sergey Rudskoy bildirib ki, Ukraynanın Kiyev, Xarkov, Çerniqov, Sumi və Nikolayev şəhərləri mühasirədədir, bütün Xerson vilayəti və Zaporojyenin böyük bir hissəsi Rusiyanın nəzarəti  altındadır.

11:28 – Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi əməliyyat Ukraynanın infrastrukturuna 62 milyard 889 milyon dollar həcmində zərər vurub.

Bildirilir ki, bu rəqəm ötən həftə 3,5 milyard dollar idi.

10:22 -İsveçrə Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edir

10:10 – ABŞ-ın zərgərlik mağazası “Tiffany&Co” Rusiyadan almaz və brilyant almaqdan imtina edib

10:01 – Yaponiyanın iri bankları “Sberbank” ilə dollar əməliyyatlarını dayandırıb

09:03 – Rusiya hücum əməliyyatlarının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, əsas diqqətini Ukraynanın şərqini ələ keçirməyə yönəldəcək. Bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsi bildirib.

08:57 – Rusiyalı oliqarxlardan daha biri, 11.4 milyard dollar sərvətə sahib Mixail Proxorov İsrailə köçüb. Onun İsrail vətəndaşlığı alması gözlənilir.

08:40 – Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmirti Medvedyev bildirib ki, nüvə təhlükəsi hər zaman mövcud olub.

06:06 – İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinə qoşulur, xüsusən də Rusiyanın enerji sektoruna yeni investisiyaları qadağan edir.

06:01 – Avropa İttifaqı sammitində ölkələrin qaz bazarında bir-biri ilə rəqabət aparmaması üçün qaz alışlarının birləşdirilməsi qərara alınıb.

05:34 – Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib ki, Rusiya ordusunun 16 mindən çox hərbçisi ölüb.

05:19 – Avropa İttifaqı (Aİ) Ukraynadan olan qaçqınları dəstəkləmək üçün icma ölkələrinə 17 milyard avro ayırmaq niyyətindədir.

02:34 – Ukraynada müharibə uzanarsa, qlobal turizmin gəliri 14 milyard dollar azala bilər. Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) yaydığı press-relizdə deyilir.

02:07 – Almaniyadan Ukraynaya 1500 “Strela” raketi, 100 MG3 pulemyotu və 8 milyon tapança gülləsi gətirilib.

01:28 – Polşanın Baş naziri Mateuş Moravetski Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı sanksiyalar çərçivəsində bütün ruslara vizaların verilməsini dayandırmağı təklif edib.

00:45 – Sanksiyaya görə Ekvador fermerləri Rusiyaya banan tədarük edə bilmirlər. Fermerlər məhsullarını pulsuz paylamağa məcbur olurlar.


 

Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər