5 C
Baku
Saturday, December 14, 2024

“Heineken” Rusiyadakı biznesini satır

Hollandiyanın “Heineken” pivə konserni Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanı tərk etdiyini və biznesini başqa sahibə verdiyini açıqlayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bundan əvvəl şirkət Rusiya Federasiyasına investisiyaların və ixracın dayandırıldığını elan etmişdi.

“Rusiyada biznesi davam etdirmək hazırkı şəraitdə mümkün deyil. Nəticədə, Rusiyanı tərk etmək qərarına gəldik. İstənilən halda şirkət 2022-ci ilin sonuna qədər bütün Rusiya işçilərinin əmək haqlarının saxlanmasına zəmanət verir”, – mesajda bildirilib.

Şirkət qeyd edib ki, mülkiyyət hüququnun ötürülməsindən mənfəət əldə etməyəcək və dəyərsizləşmə və digər nağdsız xərclərin ümumilikdə təxminən 0.4 milyard avro təşkil edəcəyini gözləyir. Biznesin ötürülməsi başa çatdıqdan sonra “Heineken” Rusiyadakı mövcudluğunu dayandıracaq. narahatlıq əlavə edib.

Son xəbərlər
Digər xəbərlər