TƏLƏBLƏR:
- Ali iqtisadi təhsil;
- Yaşı – 21-30 arası
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti.
- Mükəmməl İngilis dil bilikləri;
- Kompüter bilikləri (MS Office, SWIFT);
- Akkreditiv və qarantiyalar üzrə beynəlxalq standartların və qaydalarıın biliyi;
- Akkreditiv və qarantiyalar üzrə minimum 2 il iş stajı.
İŞÇININ VƏZIFƏSI:
- Bankdaxili qaydalara uyğun milli və xarici valyutada respublika daxilində və respublikadan kənarda sənədli əməliyyatların aparılmasını təşkil edir;
- Sənədli əməliyyatların maliyyələşdirilməsi və təsdiqlənməsi üçün kredit xəttlərinın açılması və kredit xəttləri üzrə limitlərin təyin olunması məqsədi ilə beynəlxalq banklarla danışıqların aparılmasında iştirak edir;
- Sənədli əməliyyatların aparılması, müştərilərin idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi və yeni kredit xəttlərinin açılması məqsədi ilə yerli və xarici banklarla işgüzar münasibətlər qurur və onları inkişaf etdirir;
- Akkreditiv və zəmanətlərin maliyyələşdirilməsini səmərəliləşdirmək məqsədi ilə təkliflər hazırlayır;
- Akkreditiv və zəmanətlərin maliyyələşdirilməsi üzrə bankdaxili siyasətin və qaydaların hazırlanmasında iştirak edir;
- Yeni xidmət növlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
- Bank tərəfindən akkreditivlərin açılması, avizolanması və digər əməliyyatların aparılmasını təşkil edir və onlara müvafiq nəzarət edir;
- Sənədlərin inkasso üçün qəbulunu təşkil edir;
- Akkreditiv və zəmanət üzrə ödənişlərin həyata keçirilməsini təşkil edir;
- Filiallara sənədli əməliyyatlar üzrə lazımi məsləhətlər verir;
- Aparılan sənədli əməliyyatlar üzrə müvafiq hesabatları hazırlayır və departament direktoruna təqdim edir;
- Sənədli əməliyyatların inkişafı üzrə işçilərin motivasiya olunması məqsədi ilə təkliflər hazırlayır və departament direktoruna təqdim edir.
- Akkreditiv və zəmanət üzrə portfelin həcmi, keyfiyyəti və gəlirliliyi üçün müvafiq tədbirlər görür;
Göstərilən tələblərə cavab verən namizədlər Iyul ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Akkreditiv və Qarantiyalar” göstərməyiniz vacibdir.