Avropa Komissiyası Ukraynaya iqtisadi yardım proqramı çərçivəsində yeni sistem tətbiq edib.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen tviter hesabında bildirib.
“Stand Up For Ukraine” proqramının bir parçası olaraq şirkətlərin birbaşa ianə vermələri üçün yeni sistem işə saldıq. Putinin bombalarından qaçan milyonlarla insan peyvənd və dava-dərmandan tutmuş çadırlaradək hamımızın hər cür dəstəyinə möhtacdır”, – Avropa Komissiyasının Prezidenti deyib.
Avropa Komissiyası və Kanada tərəfindən başlanılmış “Stand Up for Ukraine” (Ukrayna üçün ayağa qalx) proqramının məqsədi Rusiyanın hücumuna məruz qalan Ukraynaya iqtisadi və maliyyə dəstəyi üçün dünya birliyini bir araya gətirməkdir.