Sankt-Peterburqda yerləşən “Toyota”, “Nissan”, “Hyundai” avtomobil zavodları bu ilin mart-aprel aylarında istehsal proseslərini davam etdirməyi planlaşdırır.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Dayanmaların səbəbi ehtiyat hissələrinin qıtlığıdır. “Nissan” fəaliyyətini martın 14-ü, “Toyota” – martın 4-ü, “Hyundai” isə martın 1-i dayandırmışdı.
Cənubi Koreya istehsalçıları Rusiyaya avtomobil tədarükünü davam etdirəcəklərini bildirdilər, çünki Rusiya bazarı onlar üçün strateji əhəmiyyət kəsb edir. “Hyundai” ilə yanaşı, “Kia” və “Genesis” də Rusiyada qalacaq.