Bakıda 3 mlrd. manatlıq satış

2022-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 5,5 faiz artaraq 3 989.1 milyon manat olub.

Banker.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 2 052,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9,2 faiz artaraq 1 936,4 milyon manata bərabər olmuşdur.

İstehlak məhsullarının 36,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 21,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

 

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər