10 C
Baku
Wednesday, December 11, 2024

Yeni şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakı-Horadiz (Füzuli)-Bakı, Bakı-Sabirabad-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən bildirilir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.

Müsabiqə şərtlərinə əsasən, Bakı-Horadiz (Füzuli)-Bakı istiqaməti üzrə daşıyıcıların ən azı 3, Bakı-Sabirabad-Bakı istiqaməti üzrə 2 orta və iri tutumlu avtobusu olmalıdır.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 29 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 13 may 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.

İddiaçıların təkliflər paketlərini 26 may 2022-ci il tarixində müsabiqə keçirilən zaman komissiya üzvləri açacaqlar. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Bildirilir ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

 

Son xəbərlər
Digər xəbərlər