ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Qeyd olunub ki, ABŞ Rusiya ilə əlaqəli daha 13 şəxsə və 21 təşkilata sanksiyalar tətbiq edib
Xatırladaq ki, Böyük Britaniya da bu gün Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısına daha 14 şəxsi və təşkilatı əlavə etdiyini açıqlayıb. Sanksiya tətbiq edilənlərin informasiya və media sahəsinin nümayəndələrinin, xüsusilə də tanınmış aparıcıların və “Russia Today” telekanalının idarə heyətinin olduğu qeyd olunub.