“Biz müqavilələrə baxdıq. Orada ödənişin avro və dollarla aparılması göstərilib. Putinə dedim ki, ödəniş bu valyutalarda qalacaq”.
Bu barədə Almaniya Kansleri Olaf Şolts açıqlama verib.
O, Almaniyanın yaxın 1 il ərzində Rusiyadan neft və daş kömür asılılığına son qoya biləcəyini, amma qaz asılılığının qalacağını vurğulayıb.