3 C
Baku
Saturday, December 14, 2024

Monti adlı oğlanın tarixçəsi: Arzunun ardınca get!

Bu Monti adlı bir oğlan haqqında ibarətli tarixçədir.

Montinin 16 yaşı olduqda ona məktəbdə “Böyüyəndə kim olmaq istəyirsən?” adlı inşa yazmaq tapşırılır. Monti uzun müddət düşünür və öz arzusunun təsviri üçün bir neçə saat sərf edir.

O ferma sahibi olmaq istəyirdi. O inşada fermanın bütün detallarını təsvir etmişdi və nəticədə 10 səhifəlik arzu ərsəyə gəlir. Belə ki, o 400 hektarlıq fermasında bütün yolların və tikililərin də yerləşmə planını dəqiqliklə təsvir edir. O hətta 8000 kvadrat hektarlıq ərazidə inşa edəcəyi evi də təsvir edir. Monti növbəti gün inşasını müəlliminə təqdim edir.

Üç gün sonra müəllim onun inşasına “2” qiymətini qoyaraq geri qaytarır və “Dərsdən sonra qal!” deyə bildirir. Oğlan dərsdən sonra inşası ilə birgə müəlliminə yaxınlaşır və nəyə görə pis qiymət aldığını soruşur. Müəllim isə cavabında bildirir: “Çünki bu arzu sənin kimi bir oğlan üçün həyata keçməz arzudur. Sənə inşada təsvir etdiyin kimi fermaya sahib olmağın üçün çox, həddindən artıq çox pul lazımdır. Sənin isə pulun var? Yox. Sən ki çox kasıb ailədənsən. Sənin bu arzunu reallaşdırmaq üçün heç bir imkanın yoxdur. Gör sənə nə deyirəm. Evə get və yeni, daha real arzu haqqında inşa yaz. O zaman sənə yüksək qiymət verərəm”.

Oğlan evə qayıdır və atasından məsləhət istəyir. Atasından eşitdikləri isə bunlar olur: “Oğlum, qorxuram mən bu məsələdə sənə kömək edə bilməyim. Düşünürəm ki, bu yalnızca sənin qərarın olmalıdır və mən belə hiss edirəm ki, bu qərar sənin üçün çox vacib olacaq”.  Monti atasının dediklərini 1 həftə ərzində düşünür və eyni inşanı müəlliminə təqdim edərkən deyir: “Siz öz “2”-nizi özünüzə saxlaya bilərsiz, mən isə öz arzumu özümə saxlayacam”.

İllər keçir, Monti böyüyür. Və o bu hekayəni danışdıqdan sonra üzünü onu dinləyən çoxsaylı insanlara tutaraq deyir: “Mən sizə bu hekayəni danışdım. Çünki siz hazırda mənim 200 hektarlıq rançomda yerləşən 4000 kvadrat futluq evimdə əyləşmisiniz. Həmin o inşa isə kaminin üzərindəki çərçivədən asılıb”.

Monti davam edir: “Hekayənin ən maraqlı hissəsi ondan ibarətdir ki, 3 il əvvəl həmin müəllim 30 şagird ilə mənim rançomun ərazisində düşərgə salaraq 1 həftəni burada keçirdilər. Müəllim getmədən öncə demişdi: Monti, mən sənə bunu yalnızca indi deyə bilərəm. Mən sənin müəllimin olduqda arzu oğrusu idim. İndi çox təəssüflənirəm ki, o zaman çox sayda uşağın arzusunu oğurlamışam. Lakin çox şadam ki, sən öz arzunun ardı ilə getmək cəsarətinə sahib olmusan”.

Heç kimə arzunuzu oğurlamağa imkan verməyin. Sizə nə dediklərindən asılı olmayaraq arzu və xəyallarınızın ardıyca gedin. Hər şey öz əlinizdədir və sizdə alınacaq! Arzunuza doğru gedin! Çoxlu pul qazanmaq təsəvvür etdiyinizdən nisbətən asandır və siz bunu edə bilərsiniz! Elə deyilmi?!

Son xəbərlər
Digər xəbərlər