XİN başçısı bu gün Polşaya səfər edəcək
Britaniyanın Xarici İşlər Naziri Liz Tras Brüsseldə keçiriləcək G7 və NATO danışıqlarından əvvəl bu gün Polşaya səfər edəcək.
O, səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Dimitri Kuleba və Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşəcək.
Liz Tras Ukraynanın sülh danışıqlarda mövqeyini gücləndirmək üçün müttəfiqləri Rusiyaya qarşı daha sərt addımlar atmağa çağıracaq.
Nazir, həmçinin ukraynalı qaçqınlara dəstək verən yardım təşkilatlarına baş çəkəcək, həmən təşkilatlara Britaniyanın edəcəyi yardımları açıqlayacaq.