Tbilisidə səfərdə olan rəqəmsal inkişaf və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
Geniş tərkibdə baş tutan görüşdə tərəflər iki ölkə arasında iqtisadi, nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Tərəflər, eyni zamanda regional nəqliyyat dəhlizləri ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib.