Hindistanın “Air India” aviaşirkəti Dehlidən Moskvaya və geriyə bilet satışını dayandırıb.
Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hindistandakı səfirliyi bildirib.
“Uçuşların bərpası perspektivləri hazırda qeyri-müəyyən olaraq qalır. “Air India” ofisinin məlumatına görə, ləğv edilmiş reyslər üçün ödənilən vəsait sərnişinlərə tam həcmdə qaytarıla bilər”, – deyə mesajda vurğulanır.
Səfirlik onu da bildirib ki, Hindistan tərəfindən beynəlxalq hava daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar Daşkənd, İstanbul, Dubay, Əbu-Dabi, Doha və digər mövcud istiqamətlər vasitəsilə bu ölkəyə uçmaq mümkündür.
Əvvəllər “Air India” Rusiyaya iki uçuş həyata keçirib.