10 C
Baku
Wednesday, December 11, 2024

Çavuşoğlu ukraynalı həmkarı ilə yekun sülh sazişini müzakirə edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Bu barədə nazir “Twitter“ hesabında paylaşım edib. Görüş Brüsseldə NATO XİN başçılarının iclası çərçivəsində baş tutub.

O qeyd edib ki, ukraynalı həmkarı ilə daimi atəşkəs və yekun sülh sazişinin imzalanmasını müzakirə edib.

Çavuşoğlu ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdiyini də əlavə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər