“Böyük yeddilik” (G7) ölkələri Ukrayna ətrafındakı vəziyyət və Rusiyanın hərbi əməliyyatı ilə əlaqədar bu ölkənin banklarının qlobal maliyyə sistemindən ayrılması üçün tədbirlər görməyə davam edəcək.
Bu barədə G7 rəhbərlərinin yaydığı bəyanatda deyilir.
“Biz Rusiya banklarını qlobal maliyyə sistemindən ayırmağa davam edəcəyik. Mərkəzi Bank və bir sıra digər maliyyə institutlarının aktivləri ilə əməliyyatlara hədəflənərək artıq Rusiyanın maliyyə sistemini əhəmiyyətli dərəcədə zəiflətmişik”, – bəyanatda vurğulanır.