Türkiyə ehtiyatları artırmaq üçün ixracatçıların sabit valyuta gəlirlərinin 25%-ni deyil, bundan sonra 40%-ni çevirməli olacaq.
Banker.az xəbər verir ki, bu barədə Bloomberg səlahiyyətli şəxsin sözlərinə istinadla bildirir.
Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavçıoğlu çərşənbə axşamı Türkiyə İxracatçılar Məclisinin üzvləri ilə planı müzakirə edib, rəsmi görüşün qapalı keçirildiyi üçün həmin səlahiyyətli şəxs adının çəkilməsini istəmədiyini deyib. Təklif hələ də Xəzinədarlıq və Maliyyə Nazirliyinin təsdiqini tələb edir. Mərkəzi Bank şərh verməkdən imtina edib.
Türkiyə yanvar ayında ixracatçılara valyuta gəlirlərinin dörddə birini TCMB-də lirəyə çevirməyi məcbur edib. Qızıl ehtiyatları nəzərə alınmadan ölkənin ümumi ehtiyatları bu ayın əvvəlində təqribən $67 milyard təşkil edib ki, bu da 2021-ci ilin sonundan 7.9% azdır. Mərkəzi Bank dekabr ayında valyuta bazarlarına bir sıra birbaşa müdaxilələr zamanı təxminən $7.3 milyard satıb.
Hazırda, Rusiya da bu təcrübəni tətbiq edir, lakin orada daha böyük – ixracatçılar əllərindəki 80%-lik xarici valyutanı daxili bazarda milli valyutaya çevirirlər.
Bloomberg yazır ki, ölkənin maliyyə bazarı üzrə requlyatoru artan faiz dərəcələri vasitəsilə inflyasiya ilə mübarizə aparmaqdan çəkinir, bunun əvəzinə cari hesab balansına diqqət yetirir. Hazırda inflyasiya illik 61% səviyyəsindədir. Bankın Pul Siyasəti Komitəsi aprelin 14-də toplanır və Bloomberg tərəfindən sorğu edilən analitiklərin heç biri bir həftəlik repo faizində artım gözləmir.
Qeyd edək ki, Türkiyədə inflyasiyanın son 20 ilin maksimumuna çataraq 61.14%-ə yüksəlib. Lakin TCMB faiz artımına getməkdən çəkinir. Onlar faizləri endirməklə (hazırda 14%) ölkənin ixracatına dəstək verdilərini hədəf götürüblər.