15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan neftinin barreli yenidən $111-ə çatdı

Azərbaycanın dünya bazarında spot müqavilələrlə satdığı neftin barreli yenidən 110 dollar/barrel səviyyəsini ötüb.

Bu barədə Banker.az-a neft bazarındakı mənbə xəbər verir.

“Azeri Light” markalı xam neftin bir barreli 110.72 dollar təşkil edib. Bu da son sutkada 1.5% bahalaşmadır.

2022-ci ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696.4 min barrel olub. Bunun 579.4 min barrelini xam neft, 117 min barrelini isə kondensat təşkil edib.

OPEC+ alyansının martın əvvəli qəbul etdiyi konsesusa görə, Azərbaycan cari apreldə gündəlik ifadədə hasiları 682 min barrel, may ayından isə  688 min barrelə çatdıracaq.

Son xəbərlər
Digər xəbərlər