Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) indiyədək ölkə ərazisində 58.095 ədəd quraşdırılıb.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2022-ci ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4.3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38.1% çoxdur.