16 C
Baku
Friday, October 18, 2024

İKZF: “Kredit zəmanət mexanizmi çərçivəsində 4 minə yaxın yeni iş yeri açılacaq”

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət mexanizmi çərçivəsində maliyyələşən sahibkarlıq subyektlərində təxminən 4 minə yaxın yeni iş yerinin açılması planlaşdırılıb.

Bunu İKZF-nın Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.

O bildirib ki, bu prosesə 2018-ci ilin əvvəlindən başlamışıq, ötən dövrdə bu mexanizmə kifayət qədər maraq olub: “Görülmüş işlərin nəticəsində, bu gün çox sayda sahibkarlıq subyektinin maliyyələşməsinə nail olmuşuq. Təxminən 300 milyon manata yaxın vəsait İKZF-nın kredit zəmanət mexanizmi vasitəsi ilə sahibkarlara yönəldilib. Həmin vəsaitlər müxtəlif sahələri əhatə edir.”

MənbəReport
Son xəbərlər
Digər xəbərlər