“Aztelekom” MMC 2020-ci ili 8 516 min manat zərərlə başa vurub ki, bu, 2019-cu ilə nisbətən 4.5 dəfə çoxdur.
Zərərin formalaşmasına əsas səbəb əmək haqqı üzrə xərclərin və amortizasiya xərclərinin artması olmuşdur. Cəmiyyətin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2019-cu illə müqayisədə 2020-ci ilin gəliri 7,5% artaraq 90 677 min manata çatmışdır.
Cəmiyyətin əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri 2020-ci il üzrə 12 429 min
manat təşkil etmişdir və bundan əlavə dövlət büdcəsindən regionlarda Universal
Telekommunikasiya Xidmətlərinin təmin edilməsi ilə əlaqədar 17 601 min manat məbləğində vəsait ayrılmışdır. (Həmin məbləğ 2019-cu ildə 10 372 min manat olmuşdur).