8 C
Baku
Monday, November 18, 2024

İtaliya bu tarixdən limanlarını Rusiya gəmiləri üçün bağlayır

İtaliya hakimiyyəti Avropa İttifaqının (Aİ) sanksiyalarına uyğun olaraq aprelin 17-dən etibarən Rusiya gəmiləri üçün limanları bağlayacaq.

Qeyd olunur ki, qadağa fevralın 24-dən sonra bayraqlarını dəyişdirən gəmilərə də şamil ediləcək. Hazırda İtaliyada olan gəmilər ticarət fəaliyyətlərini tamamlayan kimi limanları tərk etməli olacaqlar.

Aİ beşinci sanksiyalar paketində Avropa şirkətlərinə Rusiyada kömür və neft şisti almağı qadağan edib, lakin bu tədbirin tətbiqini 2022-ci ilin avqust ayına qədər təxirə salıb. Eyni zamanda Rusiya və Belarus operatorları üçün öz ərazisində yük daşınmasını qadağan edib və Rusiya gəmiləri üçün limanları bağlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər