Xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir.
Bu, Əmək Məcəlləsinin 74-cü maddəsinə təklif edilən yeni yarımbənddə əksini tapıb.
Layihəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək.