Nazirlər Kabineti “Aqrar tədarük və təchizat” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə qərarında dəyişiklik edib.
Banker.az xəbər verir ki, dəyişikliyə əsasən, cəmiyyət ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxs olacaq.
Bundan əvvəl, cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxs idi.