8 C
Baku
Monday, November 18, 2024

Avropada COVID-19-a qarşı peyvənd sertifikatının daha bir il uzadılması təklif edilir

Avropa Komissiyası COVID-19-a qarşı peyvənd sertifikatının bir il müddətinə uzadılmasını təklif edib.

Bu barədə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand brifinqdə bildirib.

“Sertifikatın müddəti iyunun sonunda başa çatacaq. Biz epidemioloji vəziyyətin yaxın aylarda, xüsusən də payızda necə inkişaf edəcəyini bilmirik. Lakin yeni ştamlar görünə bilər”, – Viqand deyib.

O xatırladıb ki, hazırda 1,7 milyarddan çox belə sertifikat verilib, proqramda beş qitənin 60-dan çox ölkəsi iştirak edir.

 

 

Son xəbərlər
Digər xəbərlər