Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin yanvar-mart ayları ərzində hərrac vasitəsilə özəlləşdirilən dövlət əmlakı barədə göstəriciləri təqdim edib.
Banker.az xəbər verir ki, ilin ilk rübündə 19 hərrac keçirilib və özəlləşdirmədən dövlət büdcəsinə 8.8 mln. manat daxil olub. Hərraclarda 174 nəqliyyat vasitəsi, 10 səhmdar cəmiyyətinin səhm paketi və 6 kiçik dövlət müəssisəsi özəlləşdirilib.