3 C
Baku
Saturday, December 14, 2024

İsrail Mərkəzi Bankı ehtiyatlarda yuanın payını $206 mlrd. artırıb

İsrail Mərkəzi Bankı yuanın payını 2022-ci il üçün 2% olaraq müəyyən edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Göründüyü kimi, ölkə dollar və avronun payını azaltmağa doğru irəliləyir.

Son 10 ildə ilk dəfədir ki, İsrail Mərkəzi Bankı ehtiyat bölgüsündə ən böyük dəyişikliyi edib. Bu ildən başlayaraq ehtiyat strukturuna Çin yuanı, yapon yeni, Kanada və Avstraliya dolları daxil olacaq. Əvvəllər bu siyahıya yalnız ABŞ dolları, Britaniya funtu və avro daxil idi.

Yeni siyasətdən belə nəticə çıxır ki, avronun payı 20%-ə – son on ilin ən aşağı səviyyəsinə, dolların payı isə 61%-ə düşəcək. Funt isə əksinə, payını 5%-ə yüksəldəcək.

İsrailin şekelin bahalaşmasını cilovlamaq üçün on ildən çox əvvəl başlatdığı valyuta müdaxiləsi proqramı mərkəzi banka ümumi daxili məhsulun üçdə birini aşan ehtiyatlar toplamağa kömək edib. Ötən aya olan məlumata görə, ehtiyatların həcmi 206 milyard dollardan çox olub.

Son xəbərlər
Digər xəbərlər