13 C
Baku
Saturday, November 23, 2024

“Azər Türk Bank”ın gəlirləri kəskin artıb

“Azər Türk Bank” 2022-ci ilin birinci rübünü 226 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 520 min manat təşkil edib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

Yanvar-mart aylarında “Azər Türk Bank”ın gəlirləri 9 milyon 695 min manat (əvvəlki ilə nisbətən 40% çox), xərcləri isə 9 milyon 798 min manat təşkil edib.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin aprelin 1-nə bankın aktivləri 439 milyon 272 min manat olub ki, bu da illik müqayisədə 8% artım deməkdir. Bunun 245 milyon 98 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 5% böyüyüb.

 

 

Son xəbərlər
Digər xəbərlər