9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda ən çox bahalaşan ərzaqlar – Son ayda ərzaq qiymətləri necə dəyişib?

Azərbaycanda ərzaq qiymətlərində ən çox bahalaşan əsas məhsulların adları məlum olub. Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox bahalaşan ərzaqlar açıqlanıb.

Ən çox bahalaşan baş soğandır. Baş soğanın bir kiloqramı mart ayının əvvəlində 0.66 manat olduğu halda, mart ayının sonuna 0.80 manat olub. Bu da 20% bahalaşmadır.

İkinci ən çox bahalaşma kartofdadır. Bu məhsulun qiyməti mart ayında 11% bahalaşaraq bir kq-ı 1.14 manat təşkil edib.

Pomidorun qiyməti isə bir ay ərzində 5.8% ilə 3.93 manat/kq olub.

Alkoqolsuz olan kola içkisinin qiyməti də ən çox bahalaşan ərzaqlar sırasındadır. Kola mart ayında 4.5% bahalaşma ilə 3.93 manat/litr olub.

23423424234242

Son xəbərlər
Digər xəbərlər