ABŞ və Çexiyanın hərbi sənaye kompleksləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
TASS xəbər verir ki, sənədi Pentaqonun rəhbəri Lloyd Ostin və Çexiyanın müdafiə naziri Yana Çernoxova imzalayıb.
“Bu müqavilə Çexiya müdafiə müəssisələrinin ABŞ-dan sifarişlər almasını xeyli asanlaşdıracaq”, – Çernoxova bildirib.
Tərəflər, həmçinin yaxın vaxtlarda müdafiə sahəsində əməkdaşlıq haqqında saziş bağlamaq niyyətlərini təsdiqləyiblər.
Qeyd edilidiyi ki, ABŞ-ın əksər NATO ölkələri ilə belə müqavilələri var. Sənəd ümumi xarakter daşıyacaq.
ABŞ və Çexiya arasında bu gün keçən danışıqlarda ölkənin silahlı qüvvələrinin modernləşdirilməsinə dair müzakirələr aparılıb. Ostin NATO-nun tərəfdaş dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsinə maksimum köməklik göstərəcəyini vəd edib.