Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 39 673.2 milyon manat təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən ay ilə müqayisədə 3% artım deməkdir.
Bankların aktivlərinin 17 528.2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ayda sektorun kredit portfeli 2.3% böyüyüb.
Mart ayında bank sektorunun öhdəlikləri son bir ayda 4% artaraq 34 731.7 milyon manat, kapitalı isə2.4% azalaraq 4 941.5 milyon manat olub.
Azərbaycanda bank sektoru 2021-ci ilin birinci rübündə 173.9 mln. manatlıq xalis mənfəət əldə edib.
AMB-nin məlumatına görə, bankların faizlər üzrə gəlirləri 604.2 milyon manat təşkil edib. Bu da 2021-ci ilin analoji dövrünü 22% üstələyir.
Bankların faiz xərclərinin həcmi 143.4 mln. manat ( 2021-ci ilin eyni dövrü: 129 mln. manat), qeyri-faiz gəlirləri 225.9 mln. manat (170.8 mln. manat), qeyri-faiz xərcləri isə 397.8 mln. manat (301.7 mln. manat) olub.
Beləliklə, bank sektoru ilin ilk rübündə 275.4 mln. manat (220.8 mln. manat) əməliyyat mənfəəti edib.
Aktivlər üzrə mümkün zərərlərə və 41.6 mln. manatlıq gəlir vergisi xərcindən sonra xalis mənfəət 173.9 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövründən 17% çoxdur.