“AzerGold” QSC iki şirkətlə 43 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Maqro Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasindakı filialı və “Real-İnşaat” MMC-dir.
1-ci müqavilədə Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 40 757 001 manatdır.
2-ci müqavilədə isə Göygöl rayonu, Tülallar kəndi ərazisində yerləşən sahədə (Tülallar) daxili yolların tikinti quraşdırma işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 2 247 984 manatdır.