13 C
Baku
Saturday, November 23, 2024

“Ziraat Bank Azərbaycan”ın mənfəəti 4 dəfədən çox artıb

“Ziraat Bank Azərbaycan” ASC bu ilin I rübünü 2 milyon 51 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 493 min manat təşkil edib ki, bu da illik müqayisədə 4.2 dəfə artım deməkdir.

Banker.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir

Yanvar-mart aylarında “Ziraat Bank Azərbaycan”ın gəlirləri 10 milyon 228 min manat (illik müqayisədə 43.4% çox), xərcləri 5 milyon 150 min manat (5.4% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Ziraat Bank Azərbaycan”ın aktivləri 449 milyon 370 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 16% çoxdur. Bunun 264 milyon 620 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda Bankın kredit portfeli 14.4% böyüyüb.

Hesabat dövründə “Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 14% artaraq 347 milyon 975 min manata, o cümlədən depozit portfeli 18% artaraq 247 milyon 833 min manata, balans kapitalı isə 23% artaraq 101 milyon 395 min manata çatıb.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 99.98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0,01 %-i Ziraat Teknoloji ASC  şirkətinə, 0.01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur.

m1 m2 m3 m4
Son xəbərlər
Digər xəbərlər