11 C
Baku
Monday, November 25, 2024

Fransa Ukraynaya ağır artileriya silahları göndərir

Fransa Ukraynaya ağır artileriya silahları göndərir.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron yerli “Ouest-France” qəzetinə deyib.

“Biz “Milan” (tank əleyhinə raketlər), “Caesar” (özüyeriyən haubitsalar) kimi əhəmiyyətli hərbi silahlar göndəririk”, – deyə Makron bildirib.

“Düşünürəm ki, biz bu yolla davam etməliyik. Həmişə qırmızı xətti keçməyərək, münaqişənin tərəfi olmayacağıq”, Fransa Prezidenti qeyd edib.

Fransanın müdafiə naziri Florens Parli də “Twitter”də Fransanın “bir neçə “Caesar”özüyeriyən haubitsalar və minlərlə mərmi” göndərəcəyini təsdiqləyib.

Son xəbərlər
Digər xəbərlər