13 C
Baku
Friday, November 22, 2024

Son bir ildə Azərbaycanda bank kartlarının sayı 2 mln.-dan çox artıb

Cari ilin 31 mart tarixinə Azərbaycanda ödəniş kartlarının ümumi sayı 11 mln. 771 min təşkil edir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20.5% (2 mln. 002 min) çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

AMB-nin məlumatna əsasən, 1 mln. 500 min-i (12.7%-i) kredit kartları, digər hissəsi isə debet kartlarıdır. Bildirilir ki, ümumi kartların 30%-i sosial kartlar, 22.3%-i əmək haqqı kartları, 35%-i digər debet kartlardır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə kredit kartlarının sayında 31% artım müşahidə olunur. Debet kartlardan isə sosial kartların sayı 1.9%, əmək haqqı kartlarının sayı 0.9%, digər debet kartların sayı 60.7% artıb.

 

 

Son xəbərlər
Digər xəbərlər