Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kulebanın İstanbulda görüşü hələlik gözlənilmir.
Bu barədə Rusiya XİN-dən bildirilib.
“Lavrov və Kulebanın İstanbulda görüşü hələki gözlənilmir. O ki, qaldı Rusiya və Ukrayna nümayəndə heyətlərinin əyani görüşünün keçirilməsi perspektivlərinə, bu görüş məzmunlu razılaşmalar olan kimi baş tuta bilər. Hələlik məzmunlu razılaşmalar yoxdur”, – deyə Rusiya XİN-dən bildirilib.