13 C
Baku
Saturday, November 23, 2024

“MuğanBank”ın mənfəəti və gəlirləri kəskin artıb

“MuğanBank” ASC bu ilin I rübünü 3 milyon 16 min manat mənfəətlə başa vurub. Bank ötən ilin eyni dövründə 1 milyon 593 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 1.9 dəfə çoxdur.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-mart aylarında “MuğanBank”ın gəlirləri 20 milyon 71 min manat (illik müqayisədə 29% çox), xərcləri 15 milyon 221 min manat təşkil edib.

Bu il aprelin 1-nə “MuğanBank”ın aktivləri 662 milyon 636 min manat olub. Bunun 420 milyon 605 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda Bankın kredit portfeli 5% böyüyüb.

Hesabat dövründə “MuğanBank”ın öhdəlikləri 8% azalaraq 567 milyon 222 min manata, balans kapitalı isə 4% artaraq 95 milyon 414 min manata çatıb.

zr mk kp

 

Son xəbərlər
Digər xəbərlər