2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda POS terminalların sayı 66 268-ə çatıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu POS terminallardan 44 235 ədədi Bakıya, 22 033 ədədi isə regionların payına düşür. Ötən illə müqayisədə POS terminalların sayı 14% artaraq 66 268 olub.
Pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində istifadə olunan POS terminallar isə ümumi POS terminalların 98%-i (65 041) təşkil edir.
Cari ilin yanvar-mart aylarına Bakının pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində istifadə olunan POS terminalların 43 450 ədədi Bakıya, 21 591 ədədi isə regionların payına düşüb.