Ağdam SənayeParkında daha 2 sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb. “Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 mln. manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.