Azərbaycanda qapı, pəncərə və digər profillər hazırlayan “Pano” ASC 2021-ci ildə xalis mənfəət əlsə edib.
Banker.az xəbər verir ki, bu barədə ASC-nin illik maliyyə hesabatında bildirilir.
Hesabat ilində 3 mln. 517 min manatlıq gəlir əldə etmiş, 3 mln. 602 min manatlıq xərc etmişdir. Beləliklə, 85 min manatlıq xalis mənfəət edib.
“Pano” 2021-ci ildə aktivlərini 6 708 min manata çatdırıb.
“Pano” Açıq Səhmdar Cəmiyyəti bağlanan bank qarşısındakı kredit öhdəliyini səhmləri ilə qarşılamaq üçün 2020-ci ildə apelyasiyaya müraciət etmişdi. Belə ki, bununla bağlı, “Pano”, ləğv prosesində olan “Qafqaz İnkişafı Bankı” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (ADIF) qarşı kreditin girov qoyulmuş səhmlərlə əvəzləşdrilməsi və ya həmin səhmlərə tutmanın yönəldilməsi barədə müraciət etmişdi.
Yeni hesabatında məlum olur ki, “Pano” 1 yanvar 2022-ci il tarixinə 4 mln 432 min manatlıq kredit borcu var.