11 C
Baku
Monday, November 25, 2024

Ağ Evin hüquqşünasları Ukraynaya kömək üçün Rusiya aktivlərinin istifadəsini öyrənirlər

ABŞ Administrasiyasının vəkilləri Rusiya Federasiyası Mərkəzi Bankının sanksiyalar altında dondurulmuş aktivlərinin müsadirə edilməsi və Ukraynaya kömək məqsədilə istifadə edilməsi imkanlarını araşdırır.

Bu barədə cümə axşamı ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Konqresmen Tom Malinovskinin Rusiya dövlət aktivlərinin, o cümlədən Mərkəzi Bankın dondurulmuş aktivlərinin Ukraynaya yardım göstərmək üçün sanksiyaya məruz qalan şəxslərin müsadirə edilmiş aktivlərindən istifadə prinsipinə təsir edib-etməyəcəyi barədə sualını cavablandıran Entoni Blinken, “biz vəkillərimizdən bu məsələyə baxmalarını xahiş etdik. Xüsusilə, təkcə bu aktivləri müsadirə etmək üçün deyil, həm də onlardan qanun layihənizdə təklif etdiyiniz şəkildə istifadə etmək üçün hansı səlahiyyətlərə ehtiyac var”, – deyə qeyd edib.

Eyni zamanda, Entoni Blinken cümə axşamı gecəsi Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsinə də toxunub. Bu, prezidentə Rusiya Federasiyasına qarşı sanksiyalar çərçivəsində dondurulmuş aktivlərin bir hissəsini Kiyevə humanitar və hərbi yardım göstərmək üçün istifadə etmək imkanı verir. “Ukraynanın bərpası üçün aktivlərin müsadirəsi haqqında qanun layihəsi Nümayəndələr Palatası tərəfindən qəbul edilib”, – sənədin həmmüəllifi Tom Malinovski sosial şəbəkədə yazıb.

The New York Times“ xəbər verir ki, 417 konqresmen qanun layihəsini dəstəkləyib, 8 nəfər isə əleyhinə çıxıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər