7 C
Baku
Thursday, December 12, 2024

İlham Əliyev: “Münaqişədən sonra münasibətlərin normallaşdırılmasında Aİ-nin rolunu yüksək qiymətləndiririk”

“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin münaqişədən sonra normallaşdırılmasında Avropa İttifaqının (Aİ) rolunu yüksək qiymətləndiririk”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə bildirib.

“Bizim üçün Avropa İttifaqı çox vacib tərəfdaşdır. Əməkdaşlığımız üçün çox geniş gündəliyimiz var”, – Prezident deyib.

Dövlət başçısının sözlərinə görə, Aİ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində iştirakından əlavə, bura ticarət üzrə əməkdaşlıq, enerji, nəqliyyat, demokratik inkişaf daxildir:

“Biz Aİ-ni dürüst broker hesab edirik və onların səylərini alqışlayırıq. Əgər Minsk qrupu hazırda fəaliyyət göstərmirsə, fikrimizcə, Aİ normallaşma prosesində rol oynaya bilər”.

Son xəbərlər
Digər xəbərlər