10 C
Baku
Thursday, December 12, 2024

Avropaya Azərbaycan qazının nəqli bu il 30% artacaq

Cari il Avropaya 10,5 mlrd. kubmetr həcmində Azərbaycan qazının nəqli nəzərdə tutulur.

SOCAR-dan verilən məlumata görə, qeyd olunan göstərici 2021-ci il ilə müqayisədə təqribən 30% çoxdur.

“Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın Avropanın etibarlı təbii qaz təchizatçısı kimi mövqeyini gücləndirməkdədir”, – məlumatda qeyd olunur.

Qeyd edək ki, bu ilin I rübündə Azərbaycandan Avropaya 2,6 mlrd. kubmetr qaz ixrac edilib.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər