Bolqarıstan mayın 1-dən etibarən turistlər üçün bütün koronavirus məhdudiyyətlərini aradan qaldırır.
Bundan sonra turistlərin ölkəyə daxil olması üçün nə COVID testi, nə də vaksinasiya sertifikatı tələb olunmayacaq. Turistlərə yalnız Bolqarıstanın milli vizası, etibarlı Şengen vizası və ya Xorvatiya, Kipr və Rumıniyanın milli vizaları kifayət edəcək.
Qeyd edək ki, Bolqarıstan aprelin 1-dən etibarən ölkə daxilində bütün epidemioloji tələbləri ləğv edib.