21 C
Baku
Thursday, September 19, 2024

Peşə təhsili üzrə Dövlət Agentliyində audit aparılacaq

Hesablama Palatası Peşə təhsili üzrə Dövlət Agentliyində audit aparacaq.

Bunu müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Vüqar Gülməmmədov deyib ki, peşə təhsilinə ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq auditi aparılması cari ildə nəzərdə tutulur: “Bu sahənin ayrıca konseptual inkişaf proqramı var. Audit predmeti baxımından biz vəsaitlərin istifadəsi, dövlət proqramına uyğunluğu kimi məsələlərin araşdırılmasına çalışacağıq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər