9 C
Baku
Thursday, December 12, 2024

Bolqarıstan parlamenti Ukraynaya humanitar və hərbi yardım barədə qərar verib

Bolqarıstan parlamenti Ukraynaya humanitar və hərbi yardım göstərmək barədə qərar verib.

Bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

Qərarda silah və sursatların verilməsindən söhbət getmir.

Yardım paketinə iqtisadi sanksiyaların nəticələrinin aradan qaldırılması və Ukraynaya humanitar, maliyyə, hərbi yardımlar daxildir.

Qərarda, həmçinin Ukraynanın Avropa İttifaqına daxil olmasına davamlı dəstək, ukraynalı qaçqınlara yardım, Varnaya Ukrayna taxılının idxalına imkan yaradılması və enerji əməkdaşlığının gücləndirilməsi qeyd olunur.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Bolqarıstanda ölkənin hərbi texnikasını təmir edəcəklərini bildirib. Bu təşəbbüs Bolqarıstanın Baş naziri Kirill Petkovun Kiyevə səfəri zamanı razılaşdırılıb.

 

 

Son xəbərlər
Digər xəbərlər