9 C
Baku
Monday, November 18, 2024

Vatikan NFT buraxmağa başlayacaq

Vatikan NFT qalereyası yaratmağı planlaşdırır ki, bütün dünyada tamaşaçılar onun kolleksiyasında saxlanılan sənət əsərlərini, əlyazmaları və digər əşyaları görə bilsinlər.

Banker.az xarici mediaya istinadən xəbər verir ki, layihə VR (Virtual Reality) üzrə ixtisaslaşan “Sensorium” və “Huçanity 2.0” şirkətləri ilə əməkdaşlıq etməyi planlaşdırır. Sonuncu Vatikanın rəhbərlik etdiyi qeyri-kommersiya təşkilatıdır və öz saytından qeyd edildiyi kimi, “insanın çiçəklənməsi” üçün çalışır.

“Humanity 2.0” şirkətinə Filip Larri rəhbərlik edir. O, Papalıq Lateran Universitetində məntiq və epistemologiya kafedrasına rəhbərlik edir, eyni zamanda Fəlsəfə fakültəsinin dekanı və texnologiyanın müasir cəmiyyətə təsiri və süni intellektin fəlsəfi nəticələri haqqında bir neçə kitabın müəllifidir.

Virtual reallıq cihazları və stolüstü kompüterlər vasitəsilə baxıla bilən qalereyanın 2022-ci ilin sonunadək istifadəyə veriləcəyi gözlənilir.

Vatikan – dünyanın ən gözəl sənət əşyalarının olduğu yerdir. Vatikan muzeyi 16-cı əsrdə yaradılıb və burada 800-ə yaxın sənət əsəri, o cümlədən Mikelancelo və Rafael kimi rəssamların əsərləri, həmçinin Vasili Kandinski və Vinsent van Qoqun daha müasir əsərləri var.

Vatikanın kolleksiyasının hansı hissələrinin NFT kimi satışa çıxarılacağı hələlik bəlli deyil.

 

Son xəbərlər
Digər xəbərlər